Dövlət sektorunda ixtisar 20,2 milyarddır
Yanvar 19
10:43
2017
Son 6 ildə xarici ticarətin həcmi 18,6 milyard dollar azalıb.
Dövlət Gömrük Komitəsi ötən il üçün xarici ticarətin statistikasını dərc edib. Məlum olur ki, yola saldığımız il ticarət əməliyyatlarının həcmi 17,7 milyard dollar olub. 2015-ci ilə nisbətən ticarət əməliyyatlarının həcmi 19.46% azalıb. Belə ki, həmin dövr üçün həcm 20,6 milyard dollar təşkil edib. Bu göstərici də öz növbəsində 2014-cü ilə nisbətən 33.44% azdır.
Bizimyol.info təqdim olunan statistikanın 6 ildə necə dəyişdiyini təhlil edib. Belə ki, 2011-ci ildə ölkənin xarici ticarət əməliyyatlarının həcmi 36,3 milyard dollar olub. Özündən əvvəlki ilin müvafiq dövrünə nisbətən 29.92% artım baş verib. Xarici ticarət idxal əməliyyatları üzrə 9,7 milyard dollar (47.81% artımla), ixrac əməliyyatları üzrə 26,6 milyard dollar (24.39% artımla) təşkil edib. İdxalda 3,4 milyard dollar dövlət, 5,9 milyard dollar özəl sektorun, ixracda isə 25,2 milyard dollar dövlət, 1,1 milyard dollar da özəl sektorun payına düşür. 2012-ci ildə ticarət əməliyyatlarının həcmi bir qədər azalıb, 33,6 milyard dollar təşkil edib (2011-ci ilə nisbətən 7.61% azalıb). İdxal əməliyyatları üzrə dövriyyə 9,6 milyard dollar (2011-ci ilə nisbətən 1.06 % azalıb), ixrac əməliyyatları üzrə 23,9 milyard dollar (2011-ci ilə nisbətən 10.02% azalıb) olub. Amma növbəti il artım dinamikası baş verib. Belə ki, 2013-cü ildə ticarət əməliyyatlarının həcmi 34,7 milyard dollar (2012-ci ilə nisbətən 3.35 %artıb), o cümlədən idxal əməliyyatları üzrə 10,7 milyard dollar (2012-ci ilə nisbətən 10.95% artımla), ixrac əməliyyatları üzrə də 24 milyard dollara (2012-ci ilə nisbətən 0.28% artımla) qədər qalxıb.
Prinsipial azalma 2014-cü ildən özünü biruzə verib. Həmin dövrdə ticarət əməliyyatlarının həcmi 31 milyard dollar (2013-cü ilə nisbətən 10.58% azalma ilə), o cümlədən idxal əməliyyatları üzrə 9,2 milyard dollar (2013-cü ilə nisbətən 14.22% azalma ilə), ixrac əməliyyatları üzrə də 21,8 milyard dollar (2013-cü ilə nisbətən 8.95% azalma ilə) təşkil edib. 2015-ci ildə xarici ticarətin həcmi daha da azalan yöndə gedib. Belə ki, həmin dövrdə həcm 20,6 milyard dollara düşüb (2014-cü ilə nisbətən 33.44% azalma ilə). O cümlədən idxal əməliyyatları üzrə 9,2 milyard dollar (2014-cü ilə nisbətən 0.36% artıb), ixrac əməliyyatları üzrə 11,4 milyard dollar (2014-cü ilə nisbətən 47.66% azalıb) olub. Keçən il ticarət əməliyyatlarının həcmi 17,7 milyard dollara düşüb. Xarici ticarətin həcmi 2015-ci ilə nisbətən 19.46% azalıb, o cümlədən idxal əməliyyatları üzrə 8,5 milyard dollar (2015-ci ilə nisbətən 7.42% azalıb), ixrac əməliyyatları üzrə də 9,1milyard dollar (2015-ci ilə nisbətən 28.17% azalıb) təşkil edib.
Xarici ticarətin həcmində 3 milyardlıq bir azalma var. Bunun da 700 milyonu idxalın, 2,3 milyardı isə ixracın payına düşür. Son 6 ildə xarici ticarət dövriyyəsi 18,6 milyard dollar azalıb. Azalma 2 dəfədən çoxdur. Əsas ixtisar ixracdadır, bu rəqəm 17,4 milyard təşkil edir. İdxalda 1,2 milyard dollar dövlət, 6,8 milyard dollar özəl sektorun, ixracda isə 7,2milyard dövlət, 1,7 milyard dollar da yenə özəl sektora düşür. Azalma əsasən dövlət sektorundadır. Belə ki, 6 ildə bu sektorda ixtisar 20,2 milyarddır (2,2 milyard idxalda) (18 milyard ixracda).
Özəl sektorda azalma nəqliyyat vasitələrinin idxalında da özünü kəskin biruzə verib. Belə ki, 2015-ci ildə ölkəyə 26 785 ədəd nəqliyyat vasitəsi gətirilmişdisə, keçən il bu say 5 746 olub. Azalma 21 039 ədəd və ya 4,7 dəfədir. 2013-2014-cü illərdə ölkəyə müvafiq olaraq 104 385 və 63 368 nəqliyyat vasitəsi gətirilmişdi. 4 ildə fərq 18 dəfədən çoxdur.
İqtisadçı ekspert Rövşən Ağayev də 2016-cı il üzrə xarici ticarət statistikasını təhlil edib. O, idxaldakı azalmanın əsasən dövlət sektoru ilə bağlı olduğunu vurğulayıb: "Bu sektor üzrə idxalın həcmi 400 mln. dollar ixtisara düşüb. İdxalla bağlı diqqətçəkən başqa bir məqam: minik avtomobillərinin idxalı 4.5 dəfəyədək azalaraq təxminən 23.8 min ədəddən 5 min ədədə enib. İxrac daha çox azalıb - təxminən 2.3 mlrd. dollar (20%)”.
İqtisadçının sözlərinə görə, ilin yekununa əsasən xarici ticarət balansında 610 mln. dollar profisit yaranıb: "Bu, 2007-ci ildən sonra ən aşağı göstəricidi. 2008-2014-cü illərdə xarici ticarət balansının profisti əksər illərdə 10 mlrd. dolların üzərində olub. Yalnız 2015-ci ildə neftin qiymətinin kəskin ucuzlaşmasından sonra həmin göstərici 2.2 mlrd. Dollar enmişdi. Keçən il qeyri-neft ixracı 1.258 mlrd. dollar olub - ümumi ixracın 13.7%-i. Qeyri-neft ixracının həcmi 2015-ə nisbətən 28%-ə yaxın azalıb. Bu statistikanın analizi göstərir ki, 2016-cı il idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması kimi hədəflər hələ ki, yaxın perspektivdə üfüqdə də görünmür. Uzun illər Azərbaycanda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin qorunması məhz ticarət balansının irihəcmli profisiti sayəsində mümkün olub. Əmtəə ixracından qazanılan böyük həcmli valyuta vəsaitləri həm ölkənin xidmət balansında, həm də maliyyə hesabında böyük məbləğdə kəsiri qapadırdı. Hazırkı vəziyyətdə ölkənin ticarət balansının saldosunda profisitin dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib. Nə qədər ki, bu defisit var, valyuta bazarında sabitlik gözləməyin”,-deyə iqtisadçı qeyd edib.