SON XƏBƏR

Dövlət şirkətləri niyə zərərlə işləyir?

Aprel 08
11:39 2023
"Dövlət müəssisələrinin əksəriyyətinin ziyanla işləməsi ilə bağlı zaman-zaman məlumatlar yayılır. Məsələn, "Bakı Metropoliteni" QSC, "BakuBus" MMC, "Azərbaycan Hava Yolları” QSC (AZAL), "Azərsu” ASC-nin və s. ötən ilə qədər olan bütün hesabatlarında zərərlə işləməsi məsələsi açıqlanıb”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dövlət müəssisələrinin vergi hesablarının cəmiyyətə açıqlanmaması ilə bağlı suala cavabında deyib. 

Natiq Cəfərli hesab edir ki, əsas problem hesabatlılıq deyil, problem ziyanın nədən yaranması məsələsidir:

"Ziyanın nədən yaranması səbəbləri ilə bağlı ciddi araşdırılmalar aparılmır, vətəndaşlara bununla bağlı məlumat verilmir. Bu, daha ciddi problemdir. Çünki bir çox hallarda dövlət müəssisələrinin zərərlə işləməsinin əsas səbəbi xərc hissəsinin şişirdilməsidir, yəni daha çox xərclərin olması, xərclərin optimal olmaması, artırılmasıdır. Bu zaman müəssəsələr ziyanla işləyir”. 

Ekspertin fikirincə, hesabatlılıqda şəffaflılığın artırılmasına ehtiyac var: 

"Nə ictimaiyyətə, nə parlamentə ziyanın səbəbləri ilə bağlı normal məlumat verilmir. Dövlət şirkətlərinin rəhbərliyi zərərin yaranma səbəblərini açıqlamır. Müəssisənin xərc hissəsində hansı optimallaşdırılma aparılmalıdır ki, bu xərclər azaldılsın, bunlar ciddi şəkildə təhlil edilməlidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook