SON XƏBƏR

Dövlət Su Ehtiyatları Agentliyi Sərsəng su anbarına nəzarət etməyə başladı

Sentyabr 29
15:41 2023
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Bu barədə Agentlik məlumat yayıb.

Xatırladaq ki, ordumuzun şanlı qələbəsindən sonra su anbarı nəzarətimizə keçib.

1976-cı ildə Tərtərçayın üzərində tikilmiş Sərsəng su anbarının ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Anbarın su güzgüsünün sahəsi 1 346 hektar, sahil xəttinin uzunluğu 50,25 km-dir.

Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook