SON XƏBƏR

Dövlət Su Ehtiyatları Agentliyində “kadr islahatı“ - Əhmədağa İbrahimov yenə də vəzifəsində qaldı

Dekabr 05
13:06 2024
Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisini Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin vəzifədə saxlatdırdığı  bildirilir.

Dövlət Su Ehtiyatları Agentliyində aparılan islahatlarda 100-ə yaxın idarə rəisinin 70-dən çoxu işdən çıxarılıb və yaxud yerləri dəyişdirilib. İşdən çıxarılacaq idarə rəisləri arasında ilk sıralarda yer tutanlardan biri də Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi olmasına baxmayaraq, Əhmədağa İbrahimov öz vəzifəsində qalıb.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə Əhmədağa İbrahimov yenidən Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi təyin edilib. İllərdir Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi vəzifəsində işləyən və yaşı 70-ə yaxınlaşan Əhmədağa İbrahimovun vəzifəsindən göndəriləcəyi gözlənilirdi. Məlumata görə Əhmədağa İbrahimovun himayədarı Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev onun yenidən vəzifədə qalmasını təmin edib. 

Bildirək ki, Əhmədağa İbrahimov Şirvan şəhərində oliqarx məmur kimi tanınır. Onun məhz Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin hesabına böyük imkanlar əldə edərək övladlarına ciddi biznes yaratdığı deyilir. Əhmədağa İbrahimovun oğlu Orxan İbrahimov Şirvan şəhər icra başçısının müavini vəzifəsində işləyir. 
 
Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi respublikanın yeddi rayonunda Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor-drenaj şəbəkəsinə xidmət edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook