SON XƏBƏR

Dövlət Taxıl Fondu: Buğda istehsalçıları aqrotexniki qaydalara riayət etmir

İyun 08
14:26 2018
"Buğda istehsalı zamanı fermerlər bir neçə yanlışlığa yol verirlər”.

"APA-Economics" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

Z. Məmmədov bildirib ki, buğda istehsalçıları aqrotexniki qaydalara riayət etmir. "Alaq otu, xəstəlik və ziyanvericilərə qarşı fermerlər gübrələrdən istifadə etmirlər", - deyə Z. Məmmədov vurğulayıb.

İdarə rəisi onu da əlavə edib ki, Azərbaycanın bərk buğdanın vətəni olmasına baxmayaraq, fermerlər bu buğdanın istehsalına maraq göstərmirlər: "Bərk buğdanın istehsalı ilə ixrac potensialımızı artıra bilərik. Bərk buğdadan alınan makaron, vermişel istehsal üçün çox yararlıdır".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook