SON XƏBƏR

Dövlət Tərcümə Mərkəzində satınalmaları kimlər "şişirdir"? - Araşdırma

Sentyabr 18
13:30 2021
Dövlət Tərcümə Mərkəzi 2021-ci ilin sentyabr ayının 14-də fiziki şəxs Qurbanova Elmira Mutu qızı ilə satınalma müqaviləsi imzalayıb. 
 
Qlobal.az xəbər verir ki, müqaviləyə görə Dövlət Tərcümə Mərkəzi Bakı ş. Nəsimi r. Ə.Topçubaşov 74 ünvanda yerləşən fiziki şəxs Qurbanova Elmira Mutu qızına məxsus əmlak kompleksinin 850 kv.m-lik ərazisində yerləşən 4 mərtəbədən ibarət binanı icarəyə götürür.
 

 
Mərkəz icarə müqaviləsinə əsasən Qurbanova Elmira Mutu qızına 180.000 manat ödəyəcək. 
 
Ödəniş 01.01.2021-ci tarixindən 31.12.2021-ci ilədək olan dövrü əhatə edir. 
 
Maraqlıdır ki, Dövlət Tərcümə Mərkəzi ilə Qurbanova Elmira Mutu qızı arasında bənzər müqavilə ötən il də imzalanıb. 
 
"Ofis binasının icarəsi" lotu üzrə bağlanan müqaviləyə görə Tərcümə Mərkəzi Elmira Qurbanovaya 30.000 manat ödəyib. 
 

 
Dövlət Tərcümə Mərkəzinin oxşar müqavilə üzrə eyni fiziki şəxsə ödədiyi məbləğlərdəki kəskin fərq ortaya bir sıra suallar çıxarır. 
 
Belə ki, 2021-ci ildə imzalanan müqaviləyə görə Tərcümə Mərkəzi Elmira Qurbanovaya icarəyə götürdüyü ofis binası üçün 12 aya üzrə 180.000 manat ödəməlidir.
 
Lakin Tərcümə Mərkəzinin Elmira Qurbanova ilə bağladığı ötən ilki müqavilədə müəssisə fiziki şəxsə 1 ay üçün 30.000 manat ödəyib.
 
Digər məqam isə icarəyə götürülən ofis binasının texniki şərtlərə uyğun olması və qiymətləndirmə ilə bağlıdır. 
 
Dövlət Tərcümə Mərkəzinin sifarişçi olduğu şübhəli məqamların yer aldığı satınalmalar təkcə "Ofis binasının icarəsi" lotu üzrə olan satınalmalar deyil. 
 
Məsələn, Mərkəzin 2021-ci ilin may ayının yekun vurduğu satınalma da kifayət qədər şübhəli məqamlarla "zəngindir". 
 

 
Belə ki, Mərkəz qeyd edilən tarixdə "Audi A6" markalı avtomobilin təmiri üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 19.754 manat təşkil edib. 
 
Maraqlı məqam budur ki, "Audi A6" markalı avtomobilin 2021-ci il modeli hazırda yerli bazarda 70 min manata, 2015-2019-cu il modellər isə 35-40 min manata təklif edilir. 
 


 
Tərcümə Mərkəzinin 19.754 manatı bir avtomobilin təmirinə xərcləməsi ölkədəki real bazar qiymətləri ilə müqayisədə olduqca yüksəkdir.
 
Xatırladaq ki, Dövlət Tərcümə Mərkəzi Nazirlər Kabineti yanında fəaliyyət göstərir.
 

 
Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuddur. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook