SON XƏBƏR

Dövlət Toxum Fondu toxum emal edən fabrik axtarır

Aprel 21
10:14 2017
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu toxum emal edən fabrik, anbar və yardımçı tikililərin alınması ilə əlaqədar açıq tender elan edib.
 
"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tenderdə iştirak haqqı 500 manat təşkil edir.
 
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank zəmanəti istisna оlmaqla) 5 may saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə 22 may saat 17:00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi,80 ünvanında yerləşən Dövlət Toxum Fondunun baş ofisinə təqdim etməlidirlər. İddiaçıların təklifləri 23 may saat 11:00-da qeyd olunan ünvanda açılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook