SON XƏBƏR

Dövlətə 650 min vergi borcu olan sahibkar özünə villa tikdirir - FOTO

Yanvar 12
00:12 2021
Ötən yazımızda Azərbaycanda bəzi şirkətlərin son bir ildə iqtisadiyyatda baş verən böhrandan sui-istifadə etməyə çalışdıqları barədə yazmışdıq. 

Həmin yazıda ilin əvvəlindən koronavirus pandemiyasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimi ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərdiyi, müəyyən sahələrə tətbiq edilən məhdudiyyətlərin təsirindən xeyli sayda iş yerləri bağlansa da, bazardakı real situasiyanın qida sektorunda fəaliyyət göstərən bəzi monopolist şirkətlərin büdcələrinin artmasına münbit şərait yaratdığını qeyd edirdik.
 
Məqalədə bazardakı hegemonluqlarına görə gəlirlərinin davam etməsinə baxmayaraq, bu tip şirkətlərin bəziləri dövriyyələrini süni olaraq azaltmaqla, vergi ödəmələrini gecikdirməklə və digər üsullarla barələrində "ziyançəkən şirkət" obrazı yaratdıqları, buna səbəb isə dövlətin pandemiyadan zərər çəkən özəl müəssisələrə edəcəyi ehtimal edilən yardım paketindən yararlanmaq planının olması və ölkədə gözlənilən devalvasiya olduğu vurğulanırdı.
 


Dövlətə külli miqdarda vergi borcu olan şirkətlərdən biri də "Sahliyalı" şirkətidir.
 
 
 
"Sahliyalı" şirkətinin hazırda vergi borcu 650.951 manat təşkil edir.
 
Məsələyə "Sahliyalı" şirkətindən mövqe öyrənmək istəsək də, şirkət heç bir mövqe bildirmədi.
 
Qlobal.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə əslində dövlətə külli miqdarda vergi borcu olan "Sahliyalı" şirkətinin vəziyyətinin heç də acınacaqlı olduğu görünmür. 
 

 
Belə ki, məlumata görə şirkətin qanuni təmsilçisi Bəkir Fərid Bəkir oğlu Bilgəh qəsəbəsində özünə villa inşa etdirir. 
 
Məlumata görə 12 sot torpaqda inşa ediləcək villanın ümumi sahəsi 250 kvadrat metrdən çoxdur. 
 
Səhihliyini hələ ki, dəqiq bilmədiyimiz bu məlumatın doğru olacağı təqdirdə doğrudan da meydana ciddi suallar çıxır: Əgər "Sahliyalı" şirkəti ziyanla işləyirsə şirkətin qanuni təmsilçisi sözügedən villanı hansı vəsaitlə inşa etdirir? Yox, əgər "Sahliyalı" şirkətinin gəlirləri yenə də əvvəlki qaydasındadırsa o zaman şirkət niyə dövlətə olan vergi borcunu ödəyə bilmir?
 
Yazıda adları çəkilən şəxs və ya qurum mövqe bildirə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook