SON XƏBƏR

Dövlətə 7.3 milyon vergi borcu olan şirkət hansı məmurundur? - İDDİA

İyun 26
00:14 2020
Azərbaycanda bir çox nazirlik və digər dövlət maliyyəli qurumların son illər sifarişçi olduqları tenderlərin qalibi elan edilən İnpeks.N Məhdud Məsuliyyətli Cəmiyyəti barədə mediada çox yazılıb. 
 
Hər gün ən azından 10-15 lot üzrə tender qazanan İnpeks.N MMC ictimaiyyətə daim qapalı olub. 
 
Şirkətin nə faktiki ünvanı, nə əlaqə telefonu olub. 
 
Vergilər Xidmətinin reyestrində qeyd edilən şirkətə məxsus hüquqi ünvanda isə İnpeks.N adlı şirkətdən xəbərsiz olduqlarını bildiriblər. 
 
Hazırda şirkətin dövlətə 7.3 milyon manat vergi borcu var. 
 
Sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən İnpeks.N şirkəti barədə ilginc məlumatlar yayılıb. 
 
Belə ki, məlumatlara görə İnpeks.N şirkətinin himayədarları Maliyyə nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev və Maliyyə nazirinin müavini Azər Bayramovun dayandığı iddia edilir. 
 
Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan İnpeks.N MMC uzun illərdir Təhsil nazirliyinin və icra hakimiyyətlərinin sifarişçi olduğu tenderlərin qalibi olub. 

Məsələyə aydınlıq gətirmək üçün Maliyyə nazirliyindən mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf mövqe bildirmədi. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook