SON XƏBƏR

Əbülfəs Qarayev: Azərbaycana bu il gələn turistlərin sayı 11 faiz artıb

Oktyabr 12
10:25 2016
Azərbaycana bu ilin doqquz ayında gələn turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz artıb.
 
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllıda "Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr olunan müşavirədə çıxış edərkən deyib.
 
Ə.Qarayev Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatların artıq intensiv xarakter aldığını diqqətə çatdırıb. O qedy edib ki, turizmin inkişafı tədbirlərinin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, bütün potensialın turizm proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın bir məkan kimi daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır.
 
Nazir bildirib ki, şimal-qərb regionu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonları) müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Burada ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var. Şimal-qərb bölgəsi üzrə "Şərab yolu”, "Böyük İpək yolu”, "Aleksandr Düma Qafqazda”, "Polyak izləri” beynəlxalq turizm marşrutları, eləcə də İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə "Qırxotaq Əfsanələri” və "Fit qalası”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə "Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə isə "Azərbaycanda Arxeolojı Turizm” mədəni turizm marşrutları yaradılıb.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook