Əbülfəs Qarayevin Ucradakı korrupsiya şəbəkəsi
Mart 29
12:26
2016
Bir qrup Ucar sakini Arqument.A-a şikayət məktubu göndərib.
Məktub müəllifləri rayonun Mədəniyyət və Turizm İdarəsinin müdiri Alı Babayevin dövlət əmlakını talamaqla yanaşı yarıtmaz fəaliyyətindən yazıblar. Onların sözlərinə görə, bu idarəçilik nəticəsində Ucarda mədəniyyət işləri tamamilə iflic vəziyyətə düşüb.
"Bəlkə də Azərbaycanda Alı Babayev qədər dövlət vəsaitini talayan ikinci belə bir vəzifəli şəxs yoxdur. Rayonda klublar, mədəniyyət evləri, kitabxanalar tam yararsız vəziyyətdədir, bir neçəsi isə vətəndaşlara icarəyə verilib, onlar tərəfindən təmir edilib, çayxana və yeməkxana kimi fəaliyyət göstərir. Ancaq klubların, kitabxanaların, mədəniyyət evlərinin təmiri üçün dövlət tərəfindən ayrılan pullar təyinatı üzrə xərclənmədən Alı Babayev tərəfindən talan edilir”, - deyə şikayətçilər qeyd ediblər.
Məktubda deyilir ki, Alı Babayev başqasının adına MMC yaradıb, saxta tender oyunu keçirib, alınan ləvazimatlara şişirdilmiş qiymətlər tərtib etməklə milyonlarla manat pul mənimsəyib: "Bütün bu talançılıqlar obyektiv araşdırılarsa təsdiqini tapacaq. Ucar yeddillik Uşaq İncəsənət Məktəbində uşaqların musiqi təhsili alması qətiyyən düz deyil. Çünki burada olan antisanitariya və qəzalı vəziyyətdə otaqlar onların həyat və sağlamlıqlarını ciddi təhlükə altında qoyur.
Rayonda klublara, mədəniyyət evlərinə gəlib baxan olsa dəhşətə gələr. Çəkilmiş video faktı və bir neçəsinin fotoşəkilllərini Azərbaycan ictimaiyyətinə təqdim edirik. Dəhşətli və acınacaqlı vəziyyətə baxın görün burada hansı mədəniyyətdən söhbət gedə bilər. Fəaliyyəti olmayan istifadəyə yaramayan hər bir klubda, mədəniyət evində adı yazılan ancaq özləri işə gəlməyən çoxlu sayda işçilər olsa da onların maaş kartları korrupsioner Alı Babayevin cibindədir.
Tam yararsız olan kulublara, mədəniyyət evlərinə real qiyməti 18 manata olan ancaq 50 manata sənədləşdirilən oturaq stollarının alınması nəyə gərəkdir ? Ancaq Alı Babayev kimi talançının cibini doldurmağa! Hansı ki, həmin oturacaq stolunun hazırda bazarda satış qiyməti 18 manatdır. Bura dəftərxana ləvazimatlarını, mebelləri, musiqi alətlərini və digər invertarların da şişirdilmiş qiymətlərini əlavə etmək olar. Zərurət var ki, bu talançı Alı Babayevin korrupsiya əməlləri yerində obyektiv təftiş edilib məsuliyyətə cəlb edilsin.
Ucar rayon Mədəniyyət və Turizim Şöbəsinin əsas binasında Yavər Mehdiyev adlı şəxs gözətçilik etsə də, saxtakarlıq yolu ilə "Riyad" Mühafizə Xidməti ilə şişirdilmiş qiymətələ müqavilə bağlayıb il ərzində buna görə də dövlətin küllü miqdarda vəsaitini mənimsəyirlər.
Sual olunur ki, bir binaya bir nəfər gözətçilik edirsə "Riyad" Mühafizə Xidməti ilə əlavə müqavilə bağlamaq nəyə lazımdır ? Respublika üzrə keçirilən nağara ifası üzrə yarışmada qalib olan Taleh Məmmədova nazirlik tərəfindən təyin edilən diplomun özünə verilməsi üçün Alı Babayev ondan rüşvət istəyib imkanı olmayan musiqiçi diplomunu ala bilməyib. Mədəniyyət və Turizim Naziri cənab Əbülfəz Qarayevin onu vəzifədə saxlamasına ucarlılar çox təəcüblənirlər.
Purqafari Azər Ələsgər oğlu (050) 662-02-52
Əliyeva Nərgiz Baba qızı
Soltanov Fərid Adil oğlu
Rzayev Sahib Çingiz oğlu
Əhmədov Qadir Amil oğlu

Səmədova Zeynəb Nazim qızı".
Qlobal.az