SON XƏBƏR

Əbülfəs Qarayevlə xüsusi repititor məşğul olacaq

Fevral 28
01:36 2016
Xocalı faciəsinin ildönümündə mədəniyyət naziri Əbülfəs Qarayev şəhidlər adına birmənalı qarşılanmayacaq sözlər işlədib. 
 
Nazir müğənni İlhamə Quliyevanın vəfatı ilə bağlı düzənlənən tədbirdə müğənnini şəhid adlandırıb:"Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi”.
 
Qeyd edək ki, Qarayevin bu çıxışı böyük təpkilərlə qarşılaşıb. Əksər insanlar isə bunu "texniki səhv" adlandıraraq səbəb kimi Əbülfəs Qarayevin Azərbaycan dilini normal bilməməsi ilə əlaqələndiriblər.
 
Bizə çatan son məlumata görə, yaxın zamanlarda Azərbaycan dilinin mükəmməl öyrənməsi üçün Əbülfəs Qarayevlə xüsusi repititor məşğul olacaq.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook