Əbülfəz Məlikov biznesini Azərbaycandan çıxarır
Aprel 10
16:14
2018
Əbülfəz Məlikov biznesini Azərbaycandan çıxarır
Gömrüyün "kabusu” uzun illər Azərbaycanda qazandığı "çirkli pullarını” Birləşmiş Ərəb Əmirliklərinin lacivərd qumlu sahillərində "yumaq” istəyinə düşüb
Ölkədə normal biznes mühitinin formalaşdırılmasının qarşısında başlıca maneə
Dünyada gedən gərgin siyasi proseslərin fövqündə gənc Azərbaycan dövləti öz tarixinin ən məsuliyyətli dönəmini yaşayır. Ölkədə sabitliyi, əmin-amanlığı pozmağa çalışan radikal qüvvələrin təxribat xarakterili əməlləri bitmək bilmir. Belə bir zamanda vətənini sevən hər bir kəs prezidentin ətrafında sıx birləşməli, dövlətin maraqlarını qorumalıdır. Təəssüf ki, bəzi məmurlar hakimiyyət komandasında təmsil olunmasına baxmayaraq öz əməlləri ilə görülən işlərə, yürüdülən siyasi xəttə zərbə vururlar.
Azərbaycan medyasının "sevimli qəhrəmanlarından” biri olan, uzun illər sərt tənqidlərə tuş gələn, gömrük sisteminin "qorxulu yuxusu, kabusu” adlandırılan Əbülfəz Məlikov haqqında Rubrika.az saytına ilginc məlumatlar daxil olub.
Xatırladaq ki, son illər ərzində gömrük sahəsində vəziyyəti nizamlamaq üçün bir sıra yeni qərarlar qəbul edilib. Lakin, uzun illər ərzində gömrük sistemində kök salan, sahibkarların qorxulu yuxusuna, qara kabusuna çevrilən bir sıra məmurlar üçün prezidentin qərarları belə əhəmiyyətsiz olub., Gömrük sistemində dəhşətli dərəcədə korrupsiyalaşmış, sahibkarların yağmalanmasını həyata keçirən "Trans Broker” MMC və onun rəhbəri Əbülfəz Məlikovun əməlləri artıq sərhədd tanımır. Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-qanuni nəzarət edən "Trans Broker” MMC ölkədə sahibkarlığın, normal biznes mühitinin formalaşdırılmasının qarşısında başlıca maneədir. Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər. Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə. Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.
Rubrika.az-a məlumat verən sahibkarlar bildirir ki, ölkədə əksər məhsulların qiymətlərinin baha olmasının əsas səbəbi gömrükdə Ə.Məlikovun brokerçilərinin tətbiq etdikləri yüksək rüşvət və monopolistlərin maraqlarını müdafiə etmələridir. Sahibkarlar bildirir ki, prezidentin çıxışlarından ruhlanaraq öz fəaliyyətlərini genişləndirmək istəsələr də "Trans Broker” MMC-nin qanunsuz əməlləri onları çətin duruma salıb. Gömrükdən keçən bütün yükdaşımalara, yəni karqo biznesinə nəzarət MMC-nin əlində olduğu üçün daxili bazarlarda qiymət tənzimləməsini də bir növ onlar həyata keçirirlər. Sahibkarlar bildirirlər ki, əgər "Trans Broker” MMC-nin aldığı rüşvətlər olmasaydı ölkədə qiymətlər bir neçə dəfə ucuzlaşa bilərdi. Amma, Ə. Məlikovun brokerləri monopolistlərin maraqlarına uyğun olaraq elə rüşvət məbləği tətbiq edirlər ki, daxili bazarlarda qiymətlər də onların maraqlarına uyğun müəyyənləşir. Gömrükdə toplanan bu rüşvətin məbləği isə hər il milyardlarla ölçülür.
Uzun zamandan bəri Azərbaycana gətirilən bir sıra ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin və təkərlərin monopoliyasını həyata keçirən "Broker" MMC, bəzi hallarda isə "Trans Broker" MMC kimi adlanan şirkət xüsusilə son zamanlar qiymətləri süni şəkildə artırmaqla məşğuldur. Ölkədə prezident seçkisinin keçrildiyi həssas bir məqamda bu addımın kimlərin maraqlarına xidmət etdiyi isə çox maraqlı nüansdır.
Gömrükdə "Əbülfəz Məlikov labirinti "
2006-cı ildən təsis edilən və tez bir zamanda monopolist şirkətə çevrilən "Trans Broker" MMC-nin qeyri-rəsmi sahibi Əbülfəz Məlikovla onun xalası oğlu Anar Allahverdiyevdir. Əvvəllər Əbülfəz Məlikovla "çiyin-çiyinə" çalışan Anar Allahverdiyev hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırmaqla məşğuldur.
Ə.Məlikovun adı ölkə mediasında sabiq milli təhlükəsiz naziri Eldar Mahmudovla, adıçəkilən nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 il müddətinə həbs edilmiş Akif Çovdarovla birlikdə bir çox işlərdə hallandırılıb.
Rubrika.az-a verilən məlumata görə, son zamanlar Əbülfəz Məlikov ölkəyə gətirilən meyvə monopoliyasını da nəzarətə götürüb. Bu məqsədlə "Meyvəli” topdansatış bazarında yeni sistem yaratmış Ə.Məlikovun qısa zamanda bir sıra ciddi "nailiyyətlər” də əldə etdiyi deyilir. Belə ki, ölkəyə mer-meyvə daşımasını həyata keçirən bəzi şirkətlərin fəaliyyətlərinə süni əngəllər yaradılmaqdadır.
Məlumatlara görə əvvəllər idxal olunan mallara görə, şirkətlər internet vasitəsilə özlərinin sub-uçot hesabından gömrük orqanının hesabına əlavə dəyər vergisi üçün ödəmələr edə bilirdisə, 2009-cu ildən bu qadağan edilib. Tələb qoyulub ki, sahibkar gətirdiyi malın vergisini nağd ödəməlidir. Çünki brokerlər ƏDV üçün gömrüklərdə ödəmə aparmaq istəyənlərdən ödəniləcək məbləğin ortalama 50 faizini ayrıca "hörmət” kimi tələb edirlər. Əgər sahibkar malın vergisini depozit hesabından ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməyə məcbur edilir. Misal üçün, sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır. Verməyənlərin malı ölkəyə buraxılmır. Buna görə də sahibkarlar Gömrük Komitəsinin qaydaları ilə razılaşmağa, ya malın böyük hissəsini qeydiyyatdan yayındırmaqla, ya da dəyərini dəfələrlə aşağı göstərməklə dövlətə ödəniləcək rüsumu rüşvətlə birgə təyin olunmuş adamlara verməyə məhkumdurlar.
İş adamlarının dediyinə görə, sahibkarın gətirdiyi 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə ondan alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, dövlətə vergi də həmin o, 2 manatdan ödənilir.
Sahibkar gətirdiyi mala görə rüsumları bank vasitəsilə ödəyirsə və ya alıcı şirkətə bank vasitəsilə pul çıxarırsa, gömrükdə məcbur edirlər ki, həmin malın qiymətini aşağı göstərsin. Yəni, sahibkar idxal etdiyi mala görə, 50 min manat pul köçürürsə, müvafiq gömrük idarəsində tələb edirlər ki, həmin malın qiymətini 8-10 dəfə aşağı, təxminən, 5-6 min manat yazsın.
Məsələn, iş adamlarından birinin dediyinə görə, invoys dəyəri 100 min dollar olan mal "Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur. Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.
Xalaoğluların "Brokeri” və yaxud "Broker”in xalaoğlusu
Bütün baş verən qanunsuzluqlarda isə "Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir. Rubrika.az-a "Broker” MMC-nin əsas fiqurlarından biri olan A. Allahverdiyev barədə ilginc məlumatlar daxil olub. Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun "Broker” MMC-nin "kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir.
Anar Allahverdiyevin "Broker” MMC-nin hesabına qazandığı milyonlarları əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun "bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesindəiştirak edir.
Məlumatlarda qeyd olunur ki, Əbülfəz Məlikov "Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. Adı "Broker” MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir. Onun bu qitələrə məhz Məlikovun tapşırığı ilə getdiyi və işlər gördüyü iddia olunur. Mənbələr bildirir ki, Anar Allahverdiyev öz əyləncələrindən də qalmır. ABŞ və Avropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun "sağ əli” "Broker” MMC-nin "pulları”nı kef məclislərinə xərcləyir. İddia edilir ki, bu şəxs "Broker” MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada bir ayda 200-300 min manat xərcləyir. Məlumatlı mənbələr həmçinin iddia edir ki, Anar Allahverdiyevin Bakı şəhərində onlarla mülkü var. Onun sahib olduğu mülklərin, obyektlərin əksəriyyətinin Əbülfəz Məlikova məxsus olduğunu demək olar. Paytaxtın Teymur Əliyev küçəsində yan-yana tikilən 3 villanın təkcə qiyməti 10 milyon manata yaxındır. İsmayıllı, Qəbələ, Quba, Şamaxı, Qax rayonlarında onlarla imarətin qiymətini isə hesablamaq çətindir. Anar Allahverdiyevin sürdüyü maşınların ən ucuz qiymətiinin 150 min dollar olduğunu qeyd edə bilərik.
Əbülfəz Məlikovun "çirkli pullarını” Dubayda "yuyur”
Rubrika.az-a daxil olan məlumatlara görə Əbülfəz Məlikov uzun illər Azərbaycanda qazandığı "çirkli pullarını” Birləşmiş ərəb Əmirliklərinin lacivərd qumlu sahillərində "yumaq” istəyinə düşüb. Əldə etdiyimiz məlumatlara görə o Dubayda yeni otel alıb, eləcə də digər sahələrə yatırımlar edərək geniş biznes şəbəkəsi formalaşdırır. Maraqlıdır ki, dövlət başçısı dünyada yaşayan həmvətənlərimizi ölkəmizə yatırımlar etməyə səslədiyi, xarici investorları cəlb etdiyi bir zamanda Ə. Məlikov milyonları Dubayda sağa-sola səpələyir. Azərbaycanda qazanılan pullar Dubayda otellərə, villalara çevrilir, ərəb şeyxlərinin sərvətinə sərvət qazandırır. Budurmu vətənə, dövlətə, prezidentə sədaqət ? Yəqin ki, tezliklə bu "sevgiyə, sədaqətə” lazımi qiymət veriləcək !
Qlobal.Az