Əcəmi metrosunun yaxınlığında qanunsuz obyektin himayəçisi kimdir? - FOTOLAR
Dekabr 20
11:00
2024
"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsindən bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, şəhərin mərkəzi rayonlarında hələ də qanunsuz, heç bir normativ qaydalara uyğun gəlməyən "gecəqondu" obyektlər tikilir. Bu cür qanunsuz obyektlərdən biri də Nəsimi rayonu Cavadxan 17 ünvanındadır.
Vaxtilə ətrafdakı yaşayış binalarının istirahət parkı olan kiçik ərazidə ağaclar məhv edilərək yerində obyekt tikilib.
Obyektdə beton işləri aparılarkən xeyli sayda çoxillik sağlam ağaclar məhv edilib.
Qlobal.az-ın əldə etdiyi məlumata görə ərazidə gizli tikinti işləri aparılarkən sakinlərin qanunsuz tikintiyə etiraz etmələrinə baxmayaraq Nəsimi rayon İcra Hakimiyyəti işləri saxlamayıb.
Məlumata görə bu qanunsuz tikintinin himayədarı Nəsimi rayon İcra Hakimiyyətidir.

Qeyd edək ki, obyektin beton kolonları hazırda köhnə tikili görüntüsü yaratmaq üçün əhənglənib.
Qlobal.az-a verilən məlumata görə sözügedən ünvanda obyektin ərsəyə gəlməsində Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı Asif Əsgərovun dəstəyi olub.
Məsələ ilə əlaqədar qarşı tərəfdən mövqe öyrənə bilmədik.
Cahandar Laçınlı
Qlobal.az