SON XƏBƏR

Ədliyyə naziri Fərid Əhmədov kimdir?

Fevral 27
13:12 2024
Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

"AzPolitika.info" xəbər verir ki, Fərid  Əhmədov buna qədər Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsində işləyirdi. O, həmin vəzifəyə 2022-ci ildə təyin olunmuşdu. 

Qeyd edək ki, Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb.

2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub.  

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru ikimi fəaliyyət göstərib. 

2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021–2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə  Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsinə  təyin olunub.
Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir, üç övladı var.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook