Ədliyyə Nazirliyi yanında Dövlət Reyestri Xidməti ləğv edilib
İyun 04
19:39
2024
Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlarının siyahısında dəyişiklik olunub.
Belə ki, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Bundan sonra qurumun səlahiyyətlərini nazirliyin özü icra edəcək.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev iyunun 4-də bununla bağlı "Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana dəyişiklik edib.