Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib
Noyabr 21
13:18
2023
Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.