SON XƏBƏR

Eduard Məmmədov 22-ci dəfə dünya çempionu oldu

Noyabr 09
08:14 2015
Azərbaycan idmançısı Eduard Məmmədov (60 kq.) İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya cempionatının qalibi olub. "
 
Report" xəbər verir ki, finalda onun rəqibi erməni əsilli Fransa təmsilçisi Aşot Xaçaturyan olub. "Ağ canavar" ləqəbli Azərbaycan idmançısı rəqibini məğlub edərək 22-ci dəfə dünya çempionu tituluna yiyələnib.
 
"Hər bir döyüş çətin keçir. Amma bu, ikiqat çətin idi. Rəqib peşəkar idi. Lakin buna baxmayaraq qalib gəldim. Məqsədim rəqibi təkcə udmaq yox, həm də əzmək idi və buna nail oldum", - deyə idmançı "Report"a açıqlamasında bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook