SON XƏBƏR

Əfqanıstanın I vitse-prezidentinə sui-qəsd: Ölənlər var

Sentyabr 09
10:50 2020
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh hücuma məruz qalıb. 

Qaynarinfo xəbər verir ki, partlayış nəticəsində o xəsarət almasa da, iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Bu barədə Salehin Facebook-dakı mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

"Əfqanıstanın düşməni yenidən Əmrullah Salehə zərər verməyə çalışdı", - onun mesajında deyilir.

Partlayış səhər saatlarında Kabildə Taimani meydanında baş verib. Bir şahidin sözlərinə görə, bomba vitse-prezidentin maşın karvanının yolunda partlayıb, qurbanların arasında Salehin mühafizəçiləri də var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook