SON XƏBƏR

"Ege Hospital" MMC sanitariya qaydaları pozdu - Cərimələnib

Aprel 26
18:52 2023
"Ege Hospital" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Qlobal.az FED.az-aa istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon məhkəməsində hakim Vüsal Qurbanovun icraatındadır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook