“Əgər liderlərimiz həqiqəti gizlətməyə çalışırlarsa…” – Tillerson Trampı tənqid edib
May 18
01:32
2018
ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson prezident Donald Trampın yürütdüyü siyasəti tənqid edərək, "həqiqəti gizlədən” liderlərin təhlükəsinə dair xəbərdar edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barə R.Tillerson Virciniya Hərbi İnstitutunda buraxılış mərasimində çıxışı zamanı bildirib.
"Amerika demokratiyasının hazırkı vəziyyəti barədə düşünərkən, etika və ləyaqətliliyin artmaqda olan böhran içində olduğunu müşahidə edirəm. Əgər liderlərimiz həqiqəti gizlətməyə çalışırlarsa və əgər biz, xalq olaraq, faktlara əsaslanmayan alternativ reallığı qəbul etməyə başlayacağıqsa, onda biz hamımız, Amerika vətəndaşı olaraq, öz azadlığımızdan imtina yolu ilə gedirik”, – deyə R.Tillerson qeyd edib.
Qeyd edək ki, Reks Tillerson 2017-ci ilin fevralından 2018-ci ilin martınadək dövlət katibi vəzifəsində çalışıb və prezident D.Tramp tərəfindən istefaya göndərilib.