SON XƏBƏR

“Əgər Polşa istəsə, ABŞ mütləq qoşunlarını orada yerləşdirəcək” –Trampdan bəyanat

Sentyabr 19
12:07 2018
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hakimiyyət orqanları Polşanın öz ərazisində Amerika hərbi kontingentinin yerləşdirilməsi barədə xahişini nəzərdən keçirir.

Bu barədə "Bloomberg” xəbər verib.

Xəbərdə bildirilir ki, ABŞ rəhbəri bu bəyanatı Polşa prezidenti Andjey Duda ilə Vaşinqtondakı görüşündə deyib.

"Biz buna çox ciddi yanaşırıq”, – deyə Ağ Ev rəhbəri bildirib.

D.Tramp əlavə edib ki, əgər Polşa bunu istəyirsə, ABŞ mütləq həmin məsələni müzakirə edəcək. Qeyd edək ki, Tramp daha əvvəl Polşanın təhlükəsizliyinin vacib olduğunu bildirib/Report.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook