Əhməd Cavadın 125 illik yubleyinə həsr olunan tədbir keçirilib
May 15
14:31
2017
AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan konfransda Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Leyla İmanova çıxış etdi. O, istiqlal şairi Əhməd Cavadın 125-ci ildönümünü keçirməklə Azərbaycan tarixi və mədəniyyəti üçün, Azərbaycan milli yaddaşı üçün həyatı və yaradıcılığı ölçülməz əhəmiyyət kəsb edən istiqlal qurbanı şair Əhməd Cavadı bir daha yad edildiyini, Əhməd Cavadın timsalında məzarı bəlli olmayan, şərəfli istiqlal yolu yarımçıq bitən minlərlə Azərbaycan övladlarını Azərbaycan Demokratik Respublikasının 100-illiyi ərəfəsində yad edildiyini, milli yaddaşa və mili şuura yazılası məlumatların önəmini bir daha gündəmə gətirildiyini bildirdi. Ə.Cavadın anadan olduğu 5 may tarixinin MEK üçün ikiqat önəmli olduğunu bildirən direktor 2014-cü ilin bu tarixində kitabxananın yeni binasının Prezident İlham Əliyev tərəfindən istifadəyə verildiyini, kitabxana qarşısında yeni strateji hədəflərin qoyulduğunu və yeni perpsektivlərin açılmasını bildirdi. L.İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi barədə danışaraq onun Azərbaycan tarixi və mədəniyyətinin təbliği üçün çox əhəmiyyətli baza olduğunu vurğuladı. Çıxışında MRY-da Azərbaycan üçün milli dəyər kəsb edən zəngin materialların, o cümlədən Əhməd Cavadaın qələminə aid və haqqında yazılmış mənbələrin, ADR-ə aid materialların toplanılmasını, MEK tərəfindən rəqəmsallaşdırılmasını, beynəlxalq mübadiləyə hazır elektron kataloqa və MRY-ya daxil edilməsini bildirdi. L.İmanova çıxışında ADR-in 100 illiyi ərəfəsində ölkə kitabxanalarında, arxivlərində, muzeylərində və şəxsi kolleksiyalarda ADR-ə aid sənədlərin siyahılarının hazırlanmasını və vahid elektron kataloqda birləşdirilməsini təklif etdi.
AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli "Milli istiqlal şairi Əhməd Cavad: həyatı, mühiti, ədəbi estetik və sosial-siyasi görüşləri” mövzusunda məruzə ilə çıxış etdi. Onun sözlərinə görə Ə.Cavad tarixdə istiqlal şairlərimizdən biri kimi qiymətli mövqe qazanıb. Onun sözlərinə görə Əhməd Cavad fəaliyyəti ilə dövlətçiliyimizin, ədəbiyyatımızın tarixi yaddaşına əbədilik yazılmışdır. "Şair Milli Azərbaycan ideyasını və türklük ideyasını inkişaf etdirən sənətkardır. Ona görə də yubileyləri dövlət səviyyəsində keçirilmiş, prezident İlham Əliyev şairin 120 illik yubileyi münasibətilə sərəncam vermişdir. Əhməd Cavaddan danışmaq Azərbaycan ədəbi mühiti ilə yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Avropa ədəbi mühitindən danışmaq deməkdir. 22 yaşından etibarən mətbuatda çalışıb, məqalələri, şeirləri dərc olunub. I Dünya müharibəsi zamanı Osmanlı tərəfdarı kimi çıxış etdidib, əsir düşən türklərə qayğı göstərib, rus ordusunun işğalçılığına qarşı çıxıb. Türkiyə mühiti və mövzusu onun bütün yaradıcılığının əsasını təşkil edir. Onu hər dəfə "Müsavat casusu”, "Türkiyə agenti” adlandırmaqla hücumlar təşkil ediblər. Şair 1937-ci ildə həbs edilib və güllələnib. 1956-cı ildə bəraət alıb”.
"Cavid ömrü” filmində Əhməd Cavad obrazının yaratmış Xalq Artisti Nurəddin Mehdixanlı çıxışında bildirib ki, "Çəkiliş zaman müəyyən arxiv sənədlərilə tanış oldum. Onda mən Əhməd Cavadın nə qədər güclü iradəyə, əqidəyə malik biri olduğunun bir daha şahidi oldum. O, heç zaman özünə "azəri” deməyib, o deyib ki, "mən türk oğlu türkəm”. Çox təəssüf ki, o yazdıqlarına görə canıyla cavab verdi”. N.Mehdixanlı "azəri” ifadəsinin və onun zərərli təsirlərinin qarşısının alınmasında AMEA əməkdaşlarının, alimlərinin rolunun vacib olduğunu qeyd edib. Çıxışçı qeyd edib ki, millətin milli kimliyinə, dilinə, tarixinə, yaddaşına qarşı getmək onun yox olmasına səbəb ola bilər ki, bunun da qarşısı alınmalıdır. O, Qarabağ torpağının işğal edilməsi tarixinə dair son günlərdə səslənən zərərli ifadələrə qarşı "Apreldə Azərbaycan əsgəri nəyə qadir olduğunu sübut etdi” fikrini söylədi və ziyalılarımızı ordumuzun yanında olmağa səslədi. Çıxışının sonunda Xalq Artisti Nurəddin Mehdixanllı Əhməd Cavadın "Susmaram” şeirini səsləndirdi.
MEK direktoru Leyla İmanova Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçısı olmuş xüsusi təyinatlılarımızı - Natiq Mehdiyev və Ülfət Həsənovu alqış sədaları altında səhnəyə dəvət edib: "Bu gənclər sübut etdilər ki, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Hüseyn Cavidin qəhrəmanlıqları, onların vətən eşqi, millət sevgisi ölməyib”.
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi İdarəsinin şöbə müdiri Aslan Qasımlı (Aslan Kənan) Əhməd Cavada qarşı olan hücumlardan, onun şərlənməsi, həbsi, öldürülməsi barədə arxiv sənədlərində olan məlumatlardan bəhs etdi.
Tədbirdə Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı səfiri Ufuk Turganeri və Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz iştirak edib. Hamit Karadeniz qeyd edib ki, ilk tanış olub əzbərlədiyi şeir "Çırpınırdın, Kara deniz” şeiri olub. "Keçmişini bilməyən gələcəyinə ümidlə baxa bilməz. Əhməd Cavad "Çırpınırdın, Kara deniz” şeirini hansı inancla, duyğu ilə yazmışsa bugünkü gənclik də bunu hiss etməli və yaşmalıdır. Əgər Əhməd Cavadların ideallarını gələcək nəslə aşılaya bilməsək gələcəyimizə ümidlə baxa bilmərik” – deyən müşavir bu işi görmək üçün ziyalılarımızın böyük əmək sərf etməli olduğunu bildirib.
Bu gün Əhməd Cavada aid məlumatlar müxtəlif saytlarda, sosial şəbəkələrdə gözəl niyyətlə, ancaq çox vaxt uğursuz redaktədə yerləşdirilir. Şeirlərin mətnində hərifdən tutmuş söz dəyişdirilməsinə qədər "yaradıcılıq” nümunələrinə rast gəlirnir. Eyni zamanda müxtəlif mənbələrdə eyni fotoşəkillərə fərqli şəkilaltı yazıların verilməsinə rast gəlinir. Leyla İmanova MEK-in informasiya mühafizəsi və istifadəyə verilməsi üzrə ixtisaslaşan elmi kitabxana olduğunu vurğulayaraq, Əhməd Cavad irsinin qorunması üzrə tədbirlərin görülməsini, şairə aid mətnlərin, fotomaterialların nizamlanmasını, vahid istinad mənbəyinin yaradılmasını və çap edilməsini təklif etdi. Etibarlı istinad mənbələrindən biri kimi Əhməd Cavadın AR Prezidentinin 2004-cü il Sərəncamına əsasən latın qrafikası ilə çap olunmuş "Seçilmiş əsərləri” nümunə göstərildi.
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru professor Asif Rüstəmli Əhməd Cavad haqqında yazılan nəşrlərdən, onun "Çırpınırdın, Kara deniz” şeirindən, yaradıcılığından bəhs edib. O, Əhməd Cavadın "Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm” fikrini səsləndirərək bunun çox dərin mənaya malik olduğunu vurğulayıb. O, Əhməd Cavadın həbsi və öldürülməsi ilə bağlı maraqlı faktları gündəmə gətirib. Asif Rüstəmli deyib ki, Əhməd Cavad Azərbaycan ədəbiyyatında xüsusi rolu olan şairlərdən biridir: "80 il bundan öncə çox dəyərli ziyalılarımız repressiya olunublar. Məncə Akademiyanın divarları arasında keçirilən bu tədbiri həm də repressiya qurbanlarının 80 illiyi ilə bağlı anım tədbirlərinin açılışı saymaq olar”.
BDU-nun dosenti Atamoğlan Məmmədli Türk millətinə edilən repressiyalardan danışıb. A.Məmmədli Əhməd Cavadın sayəsində vətən əxlaqının Azərbaycanda nümunəvi bir əxlaqa çevrildiyini deyib: "Təklif edirəm ki, şairin güllələndiyi günü "Repressiya günü” kimi qeyd edək”.
Şairin nəticəsi Cavad Axundzadə tədbirin təşkilində iştirak edən hər kəsə minnətdarlığını bildirərək Əhməd Cavadın adını daşımağın onun üçün şərəf olduğunu deyib: "Əhməd Cavad bir dəryadır. Mən arzu edirəm ki, Bakı şəhərində Əhməd Cavadın heykəlinin açılışında iştirak edək”.
Sonda MEK əməkdaşı Günel Əhədovanın ifasında "Çırpınırdın, Kara deniz” şeiri səsləndirilib.