SON XƏBƏR

Əhmədzadənin gəlini Londondakı şirkətinin maliyyə hesabatını vaxtında təqdim etmədi - FOTOFAKT

Fevral 02
14:14 2021
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun Londonda yaşayan qızı Günel Rüstəmovun direktoru olduğu "Gyunel Limited” şirkəti maliyyə hesabatını vaxtında təqdim etməyib.

Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, Mərkəzi Bank sədrinin qızına məxsus olan "Gyunel Limited” şirkəti maliyyə hesabatını 31 yanvar 2021-ci il tarixinə kimi təqdim etməli olduğu halda, bunu vaxtında etməyib.

Qeyd edək ki, 28 aprel 2005-ci ildə "Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən "Gyunel Limited” şirkətinin sonuncu maliyyə hesabatı 2019-cu ilə aiddir. Həmin hesabatda isə qeyd olunub ki, son bir ildə şirkətin aktivləri 37% aşağı düşüb.

Bu şirkətin digər bir rəhbəri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadədir.

Onu da bildirək ki, Mərkəzi Bankının sədrinin 1981-ci il təvəllüdlü qızı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 1979-cu il təvəllüdlü oğlu evlidilər. 
Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan "Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda  modelyer kimi fəaliyyət göstərir.
Qeyd edək ki, son günlər Mərkəzi Bankının sədri Elman Rüstəmovun adı rəhbərlik etdiyi qurum üçün 540 milyon manata tikiləcək inzibati bina ilə bağlı tez-tez gündəmə gəlir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook