Əkinçilik Elmi-Tədqiqat İnstitutunda şübhəli satınalma: Direktor qalib təşkilatın rəhbəri ilə dostdur?
Fevral 09
00:00
2022
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun 2021-ci ilin dekabr ayının 30-da növbəti satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun 2021-ci ilin dekabr ayının 30-da "Biotexnologiya üzrə təlimin keçirilməsi üçün ekspertlərin cəlb edilməsi xidmətlərinin satınalınması" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 11.226 manat, satınalmanın qalibi isə "Agro Supply Services” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elan edilibdir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə "Agro Supply Services” MMC arasında bağlanan müqavilənin müddəti 1 aydır - müqavilə 2022-ci ilin yanvar ayının 31-da başa çatıb.
"Agro Supply Services” MMC 2020-ci ilin dekabr ayının 28-də dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı on manat, hüquqi ünvanı Binəqədi rayonu, 6-cı mikrorayob, ev 1B, mənzil 23 ünvanı, qanuni təmsilçisi isə Həsənov Niyazi Əlikram oğludur.
Açıq internet resurslarında "Agro Supply Services” MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, müvafiq lisenziyaları barədə məlumata rast gəlinmir.
Şirkətin nə əlaqə telefonu, nə də web ünvanı var.
Göründüyü kimi hər iki xəbərdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda keçirilən təlimdə "Agro Supply Services” MMC-nin adına rast gəlinmir.

İnstitutun rəsmi saytında yanvar ayının 14-də Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən "Modern seleksiya və molekulyar biologiya” laboratoriyasında turk mütəxəssislərinin təlimlər keçdiyi bildirilir. Bu təlimlərin Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Dr. Abdullah Çil, institutun "Biotexnologiya” laboratoriyasının müdiri Dr. Ayşe Nuran Çil və laboratoriyanın əməkdaşı xanım Hacer Burun tərəfindən aparıldığı vurğulanır.
Yanvar ayının 19-da isə İnstitutun rəsmi saytında Əkinçilik ET İnstitutunda türk mütəxəssisləri tərəfindən keçirilən təlimlər başa çatdığı barədə xəbər dərc edilib.
Göründüyü kimi hər iki xəbərdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda keçirilən təlimdə "Agro Supply Services” MMC-nin adına rast gəlinmir.
Fəaliyyəti barədə açıq internet resurslarında heç bir məlumat olmayan "Agro Supply Services” MMC-nin hansı meyarlara əsasən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun 2021-ci ilin dekabr ayının 30-da "Biotexnologiya üzrə təlimin keçirilməsi üçün ekspertlərin cəlb edilməsi xidmətlərinin satınalınması" lotu üzrə yekun vurduğu satınalmanın qalibi elan edilməsi göründüyü kimi xeyli suallar doğurur.
Niyazi Həsənov
Qlobal.az-ın əldə etdiyi digər məlumatda isə "Agro Supply Services” MMC-nin qanuni təmsilçisi Niyazi Həsənovun İqtisad Universitetinin Biznesin idarə edilməsi kafedrasında dosent vəzifəsində çalışdığı və "Bərəkət” İctimai Birliyinin rəhbəri olduğu deyilir.
Faiq Xudiyev
Məlumatda iddia olunan məqamlardan biri isə "Agro Supply Services” MMC-nin qanuni təmsilçisi Niyazi Həsənovun Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevə dostluq münasibətlərinin olmasıdır. Belə ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevin eyni zamanda Gənc Aqrarçı Alim və Mütəxəssislərə Dəstək təşkilatının rəhbəridir.
Məsələ ilə bağlı Əkinçilik Elmi-Tədqiqat İnstitutundan mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf münasibət bildirmədi.
Qlobal.az