Ekklstoun: "Formula-1" yarışlarının Azərbaycanda keçirilməsi əladır"
Mart 20
00:38
2017
"Formula 1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının sabiq rəhbəri Berni Ekklstoun turnir təqviminin Rusiya və Azərbaycanda yarışlarla genişlənməsinə şad olduğunu bildirib.
"Report" xəbər verir ki, onun sözlərini "F1i.com" portalı sitat gətirib.
"Mən Macarıstanda yarışları təşkil edəndə, bu, "dəmir pərdə" arxasında baş verdi. Mənim bağladığım müqavilə və sövdələşmələr DTK ilə idi. Mən Avropa çərçivəsindən çıxmaq istəyirdim, axı dünya daha böyükdür. Bax məhz buna görə düşünürəm ki, yarışların Rusiyada, Bakıda və bir çox başqa yerlərdə keçirilməsi əladır", - deyə Ekklstoun bildirib.