"Əkrəm Əylisli İsa Hüseynovun ölüsünə də uduzur" - Akif Aşırlı
Aprel 12
15:26
2022
Yazıçı Əkrəm Əylislinin bu gün Qaynarinfo-da dərc olunan "İsa Hüseynov dahi olmaq istədi, dəli oldu” başlıqlı müsahibədə səslənən bəzi fikirlərə rublisist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı tərəfindən reaksiya verilib.
Baş redaktor deyib: "İsa Hüseynov haqq dünyasındadır , barəsində nə yazılıb-yazılmadığı sağlığında olduğu qədər o dünyada da yəqin ruhunu tərpətməz. "Məhşəri" də , "Yanar ürəyi" də , "Sazı" da, lap elə təkcə Azərbaycan ədəbi cameəsini deyil, dünya ədəbiyyatını da silkələyən " İdealı" da Muğanna nəhəngliyinin isbatıdır. İndən sonrakı sorğular, suallar, adına ədəbi tənqid deyilən səfsəfələr bu böyüklüyə xələl gətirəcək gücdə deyil".
Akif Aşırlı bildirir ki, jurnalist Ağa Cəfərlinin Əkrəm Əylislidən aldığı müsahibəni oxuyanda ilk ağlına gələn fikir bu olub: "Yaşı səksəni haqlayan Əkrəm Əylisli söz qumarında hələ də vurnuxur , " poz, qazan"ın mahir oyunçuluğundan uzaqlaşmaq fikrində deyil. Nə qədər yazıcının yaradıcılığını qumara cəkib, pozmaq istəyib Əkrəm bəy ? Anarı, mərhum Rüstəm İbrahimbəyovu, Mövlud Süleymanlını, Ramiz Rövşəni... İsa Hüseynovun nəhəngliyini isə indi psxi pozuntuların, dəlilik sindromunun qara kölgələri altına salmaq istəyir. Alınası iş deyil . Və bu o anlama gəlir ki , söz qumarında bilet alıb pozmaq istədiyi nəhəng Muğannanın ölüsünə də uduzur".
Qeyd edək ki, adıçəkilən müsahibədə Əkrəm Əylisli yazıçı İsa Hüseynov (Muğanna) haqqında aşağıdakı fikirləri deyib:
"Misal üçün, bir məqalə var – İsa Hüseynov haqqında. Məqaləni kim yazıb, bilmirəm. Ancaq rəhmətliyin bütün doğum və anım günlərində o yazını saytlarda təkrar-təkrar yayımlayırlar. Sərlövhəsində də – mənim adım: "Əkrəm Əylislini otaqdan qovdu”. Nə vaxt? Nəyə görə? Hansı otaqdan? Bu sualların heç birinin cavabı şəxsən mənə məlum deyil. Ancaq mənə yaxşı məlumdur ki, işlədiyi yerlərdə, İsa Hüseynovun öz otağı heç vaxt olmayıb. Demək, söhbət rəhmətliyin evindəki hər hansı otaqdan gedə bilər. Ancaq mən o evdə heç vaxt olmamışam. Ona görə ki, rəhmətliyin "İsa Hüseynov” olduğu dövrdə məni ora çağıran olmayıb. Onun "İsa Muğanna” olduğu zamanlar isə o evdə uzaq qalaktikalardan gələn o gədər yadplanetli qonaq-qara olub ki, orda mənə, istəsəm də, yer tapılmayıb. Mən xəngəl süfrəsi arxasında hər gün İsa Məsihlə oturan o Muğannanı qəbul eləyə bilmədim, əzizim Ağa! Deyirlər, dahilərin hamısı dəlidir, ancaq dəlilərin hamısı dahi deyil axı. İsa Hüseynov dahi olmaq istədi. Dahi olmadı, dəli oldu. Biz bunu deməyə niyə qorxuruq?
Bilənlər bilir, qoy bilməyənlər də bilsinlər. Bu ölkədə İsa Hüseynovu bəlkə hamıdan çox mən tərifləmişəm. Onun ciddi əsərlərini həmişə sevə-sevə oxuyub, sevinə-sevinə təbliğ eləmişəm".