SON XƏBƏR

Əkrəm İmamoğlu: "Seçkilərin qalibi mən oldum"

Aprel 01
13:26 2019
"İndiyə qədər sayılan səslərin 4 milyon 159 min 890-ını mən, 4 milyon 132 min 84-ünü Binəli Yıldırım qazanıb. Mənim açıqladığım rəqəmləri Ali Seçki Komissiyasının rəhbəri təsdiq etdi".

Bu sözləri CHP-nin İstanbul bələdiyyə sədrliyinə namzədi Əkrəm İmamoğlu deyib.

"Hazırda Binəli Yıldırımla aramızda 27 min 806 səs fərqi var. Nəticəsi açıqlanmayan səslərin sayı 24 mindir. Yəni artıq bu işin riyazi tərəfi bitib. Mən komissiyanın açıqladığı nəticələrə görə danışıram. Bütün agentliklər, mətbuat orqanları nəticələri yayımlaya bilər" deyə Əkrəm İmamoğlu bildirib.

Qeyd edək ki, Ali Seçki Komissiyasının son məlumatına görə, Əkrəm İmamoğlu seçicilərin 48,8, Binəli Yıldırım 48,48 faizinin səsini toplayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook