SON XƏBƏR

Eks “baş nazir”dən qalmaqal yaradacaq bəyanat: “Donbas tezliklə RF-ə birləşəcək”

İyul 05
15:15 2020
Donbas respublikaları tezliklə Rusiyanın bir hissəsi olacaq. 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Donbas Xalq Respublikası”nın keçmiş baş naziri, "Donbas Könüllüləri Birliyi"nin rəhbəri Aleksandr Boroday deyib.

Strana.ua xəbər verir ki, o, belə bir bəyanatla Rusiyanın "Rodina” partiyasının Sankt-Peterburqdakı qurultayı zamanı çıxış edib.

"Demək olar çox qısa bir müddətdə Donbas respublikaları Rusiya Federasiyasının de-fakto hissəsinə çevrilməyəcəklər - faktiki olaraq onlar artıq Rusiya Federasiyasının bir hissəsidirlər, lakin artıq de-yure olacaqlar", - Boroday əminliyini ifadə edib.

Daha əvvəl özünü elan edən "Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin bildirmişdi ki, DXR-in əsas məqsədi Rusiyaya birləşməkdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook