Ekspert: "2023-cü ildə Türkiyə lirəsi yenə də dəyər itirəcək”
Dekabr 15
11:52
2022
"2023-cü ildə Türkiyə lirəsi yenə də dəyər itirəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Rəşad Həsənov deyib. İqtisadçı hesab edir ki, bu gün Türkiyə lirəsinin məzənnəsi süni vasitələrlə saxlanılır:
"Hökümətin bu istiqamətdəki səyləri, əslində bu istiqamət üzrə resurslar da tükənmək üzrədir, limitlər artıq doymuş həddə çatıb. Hazırda hökümətlə sahibkarlar arasında minumum əmək haqqının artırılması ilə bağlı danışıqlar gedir. Bu artım yüksək infliyasiya fonunda böyük rəqmələrlə ifadə olunacaq. 2023-cü ilin əvvəlində Mərkəzi Bank tərəfindən bazara böyük lirə kütləsinin çap edilərək buraxılması zərurəti yarada bilər”.
İqtisadçının fikirincə, hökümət seçkiyə kimi bütün resurslarını səfərbər etsə belə, yenə də lirə öz dəyərini itirəcək:
"Mövcud iqtidar növbəti seçkini qazansa, hazırkı iqtisadi siyasət davam etdirilsə, o zaman lirənin kəskin şəkildə dəyərsizləşməsi baş verəcək. Bir dollara münasibətdə 25-30 lirəyə qədər səviyyənin dəyişməsi gözlənilə bilər”.