Ekspert nazirə məətəl qalıb
Dekabr 20
10:19
2021
"İnanmağım gəlmir ki, nazir problemin həlli istiqamətində bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilərmiş”.
Bunu ekspert Osman Gündüz bildirib.
"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev uşaq pulunun niyə verilməməsinin səbəblərini açıqlayıb. Heç bir məntiqi izahı olmayan səbəblərdən ən təəccüblüsü və absurdu isə uşaq pulu üçün meyarların müəyyənləşdirilməsinin çətin olmasını və uşaq pulu verilərkən neqativ halların, korrupsiya əməllərinin ola biləcəyini vurğulamasıdır. Məəttəl qalırsan ki, doğurdanmı bunu sosial sahəyə cavabdeh, rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün milyonlar xərclənən bir icra qurumunun rəhbəri açıqlayıb. Dərhal da Nazirliyin pandemiyanın ən qızğın dövründə elektron sistemlərinin çökməsinin qarşısını almaq üçün tətbiq etdiyi "unikal metodu” xatırladım.
O.Gündüz qeyd edib ki, uşaq pulu verilməsində korrupsiyanın olacağını arqument gətirməsini Nazirliyin problemin həllinə unikal yanaşması, analoqu olmayan "antikorrupsiya” tədbiri kimi də dəyərləndirmək olar: "Əgər nazirlik rəqəmsallaşmaya, e-xidmətlərə, informasiya sistemlərinə milyonlarla vəsait xərcləyərək , topladığı datalar vasitəsilə meyarlar üçün, antikorrupsiya üçün effektiv və səmərəli qərarlar, şəffaf mexanizmlər yarada bilmirsə, deməli, resurslar və zaman boş yerə xərclənib. Həqiqətən də, hələ də inanmağım gəlmir ki, problemin həlli istiqamətində nazir bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilərmiş”.