Ekspert: "Çox güman, payızda dizelin də qiyməti bahalaşacaq"
Avqust 21
08:02
2018
Avqustun 19-da ölkədə premium və super markalı benzinin qiyməti 20 faiz artıb.
"Premium Euro-95”-in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.
"Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində olan artım "Aİ-92” markalı benzinin qiymətinə və kənd təsərrufatı yaxud ərzaq mallarının qiymətinin artımına təsir göstərəcəkmi?
"Qiymət artımı bazarda psixoloji gərginlik yaradır"
İqtisadçı eskpert Natiq Cəfərlinin sözlərinə görə, qiymət artımı bazarda digər qiymət artımına psixoloji hazırlıqdır: "Premium markalı və super markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, məntiqlə bazar tənzimləməlidir, sadəcə, bazarda da elə bir oyunçu yoxdur. Bu markaları ölkəyə ancaq SOCAR-ın törəmə şirkətləri gətirib satır və qiyməti də onlar müəyyənləşdirir. Ancaq həmin benzin markaları ilə işləyən avtomobillərin və yaxud da nəqliyyat vasitələrinin ticarətdə və yaxud da kənd təsərrufatında fəaliyyəti yoxdur deyə başqa sahələrdəki qiymət artımına o qədər də ciddi təsir göstərməyəcək. Lakin bu qiymət artımı bazarda psixoloji gərginlik yaradır və digər yanacaq markalarının qiymət artımına gözləntilər formalaşdırır ki, dövlət tərəfindən tənzimlənən dizel və "Aİ-92” markalı benzinin qiymətində də artım ola bilər. Çünki dünya öklələrinin praktikasına baxdıqda da görürük ki, "Aİ-95” premium markalı benzinin qiyməti ilə dizel və "Aİ-92” markalı benzinin qiyməti arasında çox fərq olmur. Azərbaycanda indi premium markalı benzin 1 manat 50 qəpik oldu, amma dizel yanacağı 60 qəpikdir, yəni belə kəskin fərqlər olan ölkələr dünyada demək olar ki, yoxdur. Buna görə də ilkin psixoloji hazırlıq kimi ola bilər ki, dövlət tərəfindən tənzimlənməyən premium və super markalı benzinin qiyməti artırıldı. Amma gələcəkdə növbəti addım kimi həm dizelin, həm də "Aİ-92” markalı benzinin qiymətinin artmasının ehtimalı çox yüksəkdir. Belə bir gözlənti çoxdandır var. Çox güman ki, payızın sonuna yaxın dizel yanacğının qiymətində də müəyyən artım olacaq. Niyə məhz payızın sonunda, çünki kənd təsərrufatı mövsümü bitir və dizel yanacağından əsasən, kənd təsərrüfatında istifadə olunur. Kənd təsərrüfatı mövsümü bitdikdən sonra dizel və "Aİ-92” markalı yanacağın qiyməti ilə bağlı da müəyyən qərarlar alınacaq”.
""Aİ-92" markalı benzinin qiymətinin artımı gözlənilmir"
Deputat Aydın Hüseynov isə Toplum.Tv bildirir ki, "Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətinin artımı heç bir bahalaşmaya səbəb olmaz: ""Aİ-95" premium və "Aİ-98" super markalı yanacaqlar xaricdən idxal olunur və onun bütün yanacaq istifadəçiləri arasında faiz nisbəti ilə hesablasaq, həmin markalı benzin istifadəçiləri heç 5 faiz etmir. Real hesablasaq, ancaq 3 faiz olar. Bu markalı benzinlərdən o şəxslər istifadə edirlər ki, maşınlarının mühərrikləri böyük həcmlidir, yəni qısa desək, həmin avtomobillər bahalı avtomobillərdir. Bu avtomobillərin istifadəçiləri az olduğuna görə bu hal bizim iqtisadiyyatımıza heç bir təsir etmir. Ölkədə dizel yanacağı və "Aİ-92” markalı benzin istifadə olunur. Əgər bu markaların qiyməti artmayıbsa, heç bir məhsulun maya dəyərinə təsir etmir. Ona görə də "Aİ-92" markalı benzinin qiymətinin artımı gözlənilmir. "Aİ-95" markalı benzinin maya dəyəri 1 manat 40 qəpiyə başa gəlir və bu markanın satışını reallaşdırmaq üçün 1 manat 50 qəpik müəyyənləşdirilib".
Qeyd: İndiyədək "Premium Euro-95” markalı avtomobil benzini 1.25 manata (0.74 ABŞ dolları), "Super Euro-98” 1.50 manata (0.88 ABŞ dolları) satılırdı.
"Report” yazır ki, hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir.

Qlobal.az