SON XƏBƏR

Ekspert: Türkiyə iqtisadiyyatına dəyən ziyan yüz milyarda da çata bilər

Fevral 14
15:40 2023
Türkiyə iqtisadiyyatına dəyən ziyanla bağlı konkret rəqəm yalnız bir neçə aydan sonra bəlli olacaq.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına dəyən ziyanla bağlı konkret rəqəmlər səsləndirmək düzgün deyil:
 


"Ziyanla bağlı müxtəlif fikirlər səsləndirirlər. Amma dəyən ziyanı təxmini hesablamaq düzgün deyil. Uçulan binaların yenidən tikilməsi üçün çəkilən xərc, bundan əlavə evləri dağılan insanların evlə təmin olunması, infrastrukturların yenidən çəkilməsi və s. hesablanmalıdır. Tikinti materiallarının qiyməti əvvəlki illərlə müqayisədə çox bahadır  Heç bilmirik ki, zəlzələdə nə qədər insan həyatını itirib. Hələlik görünən odur ki, zəlzələdə ölənlərin sayı günbəgün artır”.

Əkrəm Həsənov hesab edir ki, Türkiyəyə zəlzələnin vurduğu ziyan 10 milyardlarla ölçülür:

"Bəlkə də bu rəqəm yüz milyarda da gəlib çıxacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook