Əlahiddə Ümumqoşun Ordunun komandanı nazir müavini olmayacaq
İyul 31
16:17
2024
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Müdafiə Nazirliyinin (MN) rəhbərliyi siyahısından çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl nazirliyin strukturuna əsasən Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini vəzifəsini tuturdu.
Bu barədə "Report”a məlumatlı mənbədən bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.