SON XƏBƏR

Elazığ zəlzələsindən sonra 79,6 milyon lirə yardım toplandı

Yanvar 30
13:35 2020
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi Elazığda baş vermiş zəlzələdən sonra aparılan bərpa işlərinin davam etdiyini və təşkil olunan kampaniya nəticəsində ümumilikdə 79 milyon 600 min 16 lirə yardım toplandığını açıqlayıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplanan pul yardımının 51 milyon 843 min lirəsi bank hesablarında, 27 milyon 756 min 380 lirəsi isə SMS sistemi vasitəsilə yığılıb.

Qeyd edək ki, qurumun ötən günkü açıqlamasında bu rəqəm 71 milyon lirə idi. Belə ki, 1 gün ərzində rəqəmlərdə 8 milyon artım olub.

Xatırladaq ki, Elazığda baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər dağıntılar altında qalaraq, həyatını itirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook