Əlcəzairdən Fransaya tələb: Siyahı təqdim olundu
May 28
07:15
2024
Əlcəzair rəsmiləri müstəmləkəçilik dövründə ölkədən çıxarılan və geri qaytarılmalı olan mədəni sərvətlərin siyahısını Fransaya təqdim ediblər.
Məlumata görə, mədəni sərvətlərin siyahısı iki ölkənin tarixçilərinin birgə komissiyasının iclasında təhvil verilib.
Siyahıya müxtəlif Fransa muzeylərində saxlanılan artefaktlar daxildir. Onlar 1830-cu ildə Fransanın Əlcəzairi müstəmləkələşdirməsinin başlanğıcından 1962-ci ildə Müstəqillik Müharibəsinin sonuna qədər olan dövrdə ölkədən çıxarılıb.