Elçin Əmirbəyov “The Guardian”ın səhvlərini düzəltdi
Yanvar 07
10:57
2024
2023-cü il dekabrın 27-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Britaniyanın "The Guardian” qəzetinə müsahibə verib.
Materialın müəllifi məqalədə bəzi səhvlərə yol verib.
Məqalədə Elçin Əmirbəyovun vəzifəsi təhrif olunaraq, "Azərbaycan Prezidenti yanında xüsusi səfir” kimi təqdim edilmişdi.
Bundan əlavə, əvvəlki versiyada deyilirdi ki, "Azərbaycan Qarabağda evlərindən qovulmuş azərbaycanlıların hüquqlarının tanınmasında israrlıdır”, amma əslində, söhbət Ermənistandakı evlərindən qovulmuş azərbaycanlılardan gedirdi.