Eldar Əzizov səməniyə 26 min xərclədi
Aprel 24
16:02
2020
Azərbaycan dövlətinin cibindən pulların Formula-1 yarışlarından tutmuş digər lüzumsuz layihələrə qədər xərcləndiyini görmüşdü, bir Novruz səmənisi qalmışdı.
İndisə misli görünməmiş israfçılığa və korrupsiyaya yol verilib. Bu dəfə Novruz səmənisinə görə 26 314 min manat havaya sovrulub.
Çünki Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) açıq tender elan edərək yanvarın sonundan etibarən İçərişəhərin qala qapılarında festivala hazırlaşırdı.
Dövlət satınalmalarının vahid elektron reyestrinə əsasən, fevralın 28-də "Sintra-L” MMC martın 19-29-da keçiriləcək bayram tədbirlərinin təşkili üzrə tenderin qalibi elan edilib.
Məlum olub ki, "İçərişəhər” DTMQİ "Sintra-L” MMC-ə müəyyən məbləğ ödəyib. Qurumun tender komissiyasının 22 aprel tarixli növbəti məlumatında qeyd olunur ki, şirkətə səməni alınması və quraşdırılması üçün 26 314 min manat (15,4 min dollar) ödənilib.
Tərəflər arasında müvafiq müqavilə martın 2-də – "Sintra-L” MMC qalib elan ediləndən sonra istirahət günlərində imzalanıb. Bakıda Novruz şəhər İcra Hakimiyyətinin vəsaitləri hesabına keçirilir.