Eldar Əzizovun milyonlar ayırdığı MMC-lərin görünməyən tərəfləri
İyun 30
01:18
2022
Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumların, "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rayon idarələrinin ərazilərindəki əsaslı tikinti və təmir məsələlərinə hər il dövlət büdcəsindən milyonlarla manat dövlət vəsaitinin ayrıldığ heç kimə sirr deyil. Sirr olan bu vəsaitlərin səmərəlli xərclənib, xərclənməməsidir. Dövrü mətbuatda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdikləri şübhəli tenderlərlə bağlı çoxsaylı məlumatlara rast gəlinir. Elə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün hələ 2019-cu ilin fevralında yaradılmış "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı bu mənada az hallanmır.
Aktualinfo.org "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin Eldar Əzizovun təbirincə desək Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunması ətrafında apardığı araşdırmanı diqqətinizə çatdırır.
"Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri ərazisində həyətlərdə, səkilərdə, park və xiyabanlarda, təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderdə "KASPİAN AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 26 459 081.61 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını bildirən məlumatlar dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 01.06.2022-ci il tarixdə açıqlanıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "KASPİAN AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.09.2005-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, İLHAM HACIYEV (RƏSULZADƏ QƏS.), ev 75, qanuni təmsilçisi kimi isə Əliyev Namiq Adil oğlu qeyd olunub.
Qeyd edək ki, artıq 17 ildir ki, dövlət qeydiyyatına alınmasına baxmayaraq MMC yalnız Dövlət Miqrasiya Xidmətinin soyutma və istilik sistemlərinə xidmətin satınalınması üzrə keçirdiyi bir kotirovka sorğusunun qalibi olub və 15 537.06 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı ictimaiyyətə 02.06.2022-ci ildə açıqlanıb. Birdən-birə 26 milyon, sonra da 15 min. Maraqlıdır deyilmi?
"Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmirinin satınalınması üzrə keçirdiyi açıq tenderdə isə "TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub. Bakı şəhər İcra hakimiyyətinə tabeli qurum MMC ilə 34 335 999.98 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 10.05.2022-ci il tarixdə açıqlayıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.11.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, QƏZƏNFƏR ƏLİZADƏ, ev 4, m. 3, qanuni təmsilçisi kimi isə İsgəndərov Aydın Rəsul oğlu qeyd olunub.
Açıq mənbələrdə "TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində də heç bir məlumat yoxdu. Şəhərsalma və Arxitektura komitəsinin məlumatlarında "Trilliant Engineering” MMC 2020-ci ildə Əliyev Soltan Əlibala oğlunun sifarişi əsasında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçə, 27C ünvanında 1 mərtəbəli, 97.12 kvadratmetr fərdi yaşayış evinin tikintisini həyata keçirib. Burada da bir qəribəlik var. Bakı şəhər İcra Hakimiyyətinə tabeli "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti nə üçün böyük həcmdə işlər görmüş və görə biləcək təcrübəli şirkətlərə deyil, cəmi bir mərtəbəli bir ev tikmiş MMC-yə 33 mülyonluq dövlət sifarişini həvale edib?
"Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti elə həmin gün, yəni 10.05.2022-ci il tarixdə daha bir satınalma müqaviləsi bağlayıb. Bakı şəhərində mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması üzrə keçirilmiş açıq tenderdə isə qalib "MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 16 436 951.6 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.12.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, ORDUBADİ (BİLƏCƏRİ QƏS.), ev 3, m. 51, qanuni təmsilçisi kimi isə Ağamirzəli Şövqü Dövlət oğlu qeyd olunub.
"MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlincə. MMC 23.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Cəmi 5 ay sonra, yəni 05.05.2021-ci il tarixdən 05.04.2022-ci tarixinə qədər Mədəniyyət Nazirliyinə tabeli qurumların keçirdiyi 19 tenderin qalibi olub və ümumi olaraq 963 583 manat məbləğində dövlət sifarişi alıb. Maraqlıdır ki, MMC Mədəniyyət Nazirliyinə tabeli qurumlara dəftərxana və təsərrüfat mallarının, proqram təminatı, istehlak yönlü müxtəlif malların, nəşr işlərinin alınması kimi xidmətlər göstərdiyi halda, birdən birə Bakı şəhər İcra Hakimiyyətinə mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması xidmətini göstərməyə başlayıb. Burada müxtəlif növ malların nələr olduğu bəlli deyil. Bunlardan əlavə MMC son iki ayda Bakı şəhər İcra Hakimiyyətinə tabeli Mənzil Kommunal Təsərrüfatı birliklərinə parklarda istifadə ediləcək malların satın alınması üzrə ümumi olaraq 389 836 manat məbləğində 3 tenderin qalibi olub.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş rəsmi məlumatlardan da görsəniyi kimi "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti may-iyun aylarında Bakı şəhəri ərazisində səkilərdə, park və xiyabanlarda təmir, həyətlərdə yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə ümumi olaraq 77 232 033 manat məbləğində dövlət vəsaiti ayırıb. Lakin bu satınalmalar üzrə qalib olan şirkətlərin heç biri bu işləri görmək iqtidarında deyil. Bu şirkətlərin maddi texniki bazaları və digər göstəriciləri belə böyük işləri həyata keçirə bilmələri ilə üst-üstə düşmür.
Göründüyü kimi bağlanan hər üç müqavilədə gizlin məqamlar çoxdu. Bu işlərin görünməyən tərəfləri nələrdir? Subpodratçı şirkətlər. Maddi -texniki bazası olmayan qeyd etdiyimiz MMC-lər daha sonra texniki imkanları, işçi qüvvəsi olan şirkətlərlə subpodrat müqavilələr bağlayırlar. Bu əlbəttə baş podratçını məsuliyyətdən azad etmir. Əsas məsuliyyət "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür ki, bu qurumun rəsmiləri də kimlərəsə arxalanıb belə bir riskə gedir. Daha çox pul silmək üçün. Podratşı MMC hesabına köçürülən pullardan BŞİH rəsmilərinə çatacaq məbləği qaytarır, öz payına düşən kiçik bir məbləği də götürüb qalır bir kənarda. Subbotratçılar isə sifarişçilərin ən yaxın adamları olurlar ki, mal-materialların alınmasından da, görülən işlərdən bacardıqları qədər vəsait silirlər.
Burada tək bir sual yaranır. Eldar Əzizov Eldar Əzizov "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətini Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün yaradıb, yoxsa…
Aktualinfo.org "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin Eldar Əzizovun təbirincə desək Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunması ətrafında apardığı araşdırmanı diqqətinizə çatdırır.
"Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri ərazisində həyətlərdə, səkilərdə, park və xiyabanlarda, təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderdə "KASPİAN AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 26 459 081.61 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını bildirən məlumatlar dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 01.06.2022-ci il tarixdə açıqlanıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "KASPİAN AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.09.2005-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, İLHAM HACIYEV (RƏSULZADƏ QƏS.), ev 75, qanuni təmsilçisi kimi isə Əliyev Namiq Adil oğlu qeyd olunub.
Açıq mənbələrdə "KASPİAN AZ” MMC-nin barəsində heç bir məlumat yoxdu. Maraq üçün MMC-nin hüquqi ünvan kimi göstərdiyi M.Rəsulzadə qəsəbəsində axtarış da etdik. Sakinlərin sözlərinə görə "İlham Hacıyev küçəsi o qədər qarışıqdır ki, heç özümüz də baş aça bilmirik. Küçənin 1-ci, 2-ci, 3-cü döngələri var. Hər döngənin də A və B küçələri var. Bu küçələrin də haradan başlayıb, harada bitdiyini çox adam bilmir”. Hardasa 5 saat axtarmağımıza baxmayaraq biz Rəsulzadə qəsəbəsində İlham Hacıyev ev 75 ünvanın tapa bilmədik. Buradan küçədə yaşayan sakinlərə, qəsəbənin İcra nümayəndəliyinə, Bələdiyyəsinə bir daha səslənirik ki, İlham Hacıyev ev 75 ünvanında tapmaqda bizə köməklik göstərsinlər.

Qlobal.az