SON XƏBƏR

Ələkbər Kazımovski ilə vida mərasimi keçirilir

Sentyabr 20
12:26 2016
Mərhumun həyat yoldaşı İradə Kazımovski rejissorun ölümündən danışıb. 

O bildirib ki, rejissorun ölümü gözlənilməz olub:

"Ələkbər Kazımovski əvəzolunmaz sənətkar idi. Onun kimi adamlar həyatdan tez köçməməlidir. Ələkbərin yeni ideyaları var idi. Sonuncu iş yeri ANS olub. O öz iş yerini,  sənətini çox sevirdi. Ümid edirdi ki, ANS açılacaq və işinə qayıdacaq. Dünən gözəl əhvalı vardı. Düşünməzdik ki, bir daha geri qayıtmayacaq.  Gözlənilməz oldu. Ölüm göz-qaş arasındadır. Onun heç bir xəstəliyi yox idi. Onu əcəl apardı".
 
Rejissorun oğlu Orxan Kazımovski isə deyib ki,  son vaxtlar mərhumun səhhətində problemlər olub: " Dünən yubiley məclisinə deyib gülə-gülə, xoş əhval-ruhiyyədə getdi. Son vaxtlar ürəyində ağrılar olurdu, dərman qəbul edirdi. Məclisə çatan kimi halı pisləşib, beyninə qan sızıb. Bizə xəbər verən kimi yanına getdik. Son ana kimi inanmırdıq ki, vəfat edib.  İki dəfə həkimlər atamı həyata qaytarmağa çalışdılar. Amma alınmadı. Beyninə qan sızdığı üçün gec idi. Allah atama rəhmət etsin".

****
Ötən gün əməkdar artist Nahidə Orucovanın yubileyində halı qəflətən pisləşən və ürək tutmasından dünyasını dəyişən əməkdar incəsənət xadimi Ələkbər Kazımovski ilə vida mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, rejissorla vida mərasimi "Təzə Pir" məscidində baş tutur. Mərasimə rejissorun ailə üzvləri, yaxınları  qatılıb.

Ələkbər Kazımovski saat 14:00-da "Qurd qapısı" qəbirstanlığında torpağa tapşırılacaq. 
Qeyd edək ki, 1953-cü ildə Bakıda, tanınmış televiziya rejissoru Rauf Kazımovskinin ailəsində dünyaya gələn Ələkbər Kazımovski uzun illər Azərbaycan Televiziyasında və ANS-də çalışıb. 

Ə.Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. televiziya filmlərinin müəllifi olub.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook