Elektrik enerjisini xaricə 5, özümüzə 10 qəpiyə satmışıq – Rəsmi
Avqust 17
16:23
2022
Bu ilin iyul ayı ərzində Azərbaycandan xarici ölkələrə 2 milyon 555 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 72,6 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 2,8 sent və ya mövcud məzənnə (1$/1,7azn) ilə hesablandığı zaman 4,8 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən təxminən 2 dəfə ucuzdur.