SON XƏBƏR

Elektron məhsullarının istehsalı 14,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,6 dəfə artıb- RƏSMİ

Oktyabr 31
00:57 2016
Yanvar-sentyabr aylarında kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 121,3 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 14,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,6 dəfə artıb.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, doqquz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 1,9 dəfə, monitorların istehsalı 153,6 dəfə artıb, məişət soyuducularının istehsalı 28,2 faiz, 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 92,7 faiz azalıb. Bununla yanaşı, hesabat dövründə 9,0 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook