SON XƏBƏR

Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv olub

İyul 27
15:05 2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Koreya Respublikasında fəaliyyət göstərən "Cybersecurity Alliance for Mutual Progress” (CAMP) təşkilatına üzv olub.
 
Kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən təşkilatın missiyası daha təhlükəsiz kibermühitin təmin olunması üçün qlobal əməkdaşlığın qurulmasıdır. Təşkilat inkişaf etməkdə olan ölkələrin kiberməkanda təhlükəsizliyinin təmin olunması və bu prosesdə sıx əlaqələrin qurulması məqsədilə yaradılıb. Eyni zamanda, təşkilat kibertəhlükəsizlik məsələləri ilə bağlı üzvlərinə lazımi metodiki kömək göstərir.
 
Beynəlxalq təşkilata üzvlük ölkəmizə kibertəhlükəsizlik sahəsində ən son yeniliklər, kibertəhlükələr, hesabatlar barədə müntəzəm məlumatları əldə etməyə imkan verəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook