Ələt Azad İqtisadi Zonası hədəflərini açıqlayıb
Dekabr 21
14:41
2023
Ələt Azad İqtisadi Zonasının iki hədəfi var.
"Biz investorların ərazidə uğurla şirkət qura bilməsi üçün münbit şərait yaradacağıq, eyni zamanda, şirkətlərin böyüməsini dəstəkləyəcəyik. Biz xüsusilə Türkiyədən gələn sahibkarları, xüsusilə yüksək əlavə dəyərli və ixracyönümlü məhsul istehsal edən, innovativ texnologiyalara və ən yaxşı beynəlxalq standartlara uyğun çalışan şirkətləri qəbul etməyə hazırıq", - deyə V.Ələsgərov əlavə edib.
"Report" xəbər verir ki, bunu Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.