SON XƏBƏR

Ələt Dəniz Ticarət Limanının tikintisi bu il başa çatdırılacaq

Yanvar 30
03:10 2018
"Ələt Dəniz Ticarət Limanının tikintisi bu il başa çatmalıdır. Bu yaxınlarda mən orada olmuşam, işlərlə maraqlanmışam. Yəni, işlərin tamamlanmasına az vaxt qalır.
Beləliklə, 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı fəaliyyətə başlayacaq. Yüz min konteynerin daşınması nəzərdə tutulur".
 
"Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.
 
Dövlət başçısı tələbat olacağı təqdirdə, limanın genişləndiriləcəyini bildirib:
 
"Baxarıq, əgər buna daha böyük tələbat olarsa, hesab edirəm ki, biz Ələt limanını qısa müddət ərzində genişləndirə bilərik. Bunun üçün bütün imkanlar var, texniki imkanlarımız da kifayət qədər böyükdür. Bu da tarixi layihədir. Çünki Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmir. Ancaq buna baxmayaraq, açıq dənizlərə, okeanlara çıxışımız olmaya-olmaya biz nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilirik və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bu dəhlizlər onlarla ölkəni bir-birinə bağlayır, onlarla ölkə üçün şərait yaradır. Bu ölkələr arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür. Bax, qapalı şəraitdə, açıq dənizə çıxışı olmayan ölkədə belə layihələri icra etmək tarixi xidmətimizdir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook