SON XƏBƏR

Əli Əsədov Türkiyə şirkətlərinin Qarabağda nə qədər layihə icra etdiyini açıqladı

May 08
20:27 2024
"44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra ikitərəfli əməkdaşlığımız üçün yeni imkanlar açılıb”.

Qlobal.az apa-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan biznes forumunda çıxışında deyib.

Baş nazir azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı barədə məlumat verib:

"Hazırda azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri geniş vüsət alıb və qardaş Türkiyə şirkətləri bu işlərdə yaxından iştirak edirlər. 20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard dollardır”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook