Əli Məsimli: "Quraqlıq aqrar sektora ziyan vuran hadisə kimi qanunvericiliyə əlavə edilməlidir"
Yanvar 16
11:27
2024
Azərbaycanın regionlarının böyük hissəsində kənd təsəərrüfatı məhsulları dəmyə şəraitində istehsal edilir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.
"Bununla bağlı sənəd hazırlanıb. Quraqlıq da aqrar sektora ziyan vuran təbiət hadisəsi kimi qanunvericiliyə əlavə edilməlidir. Biz bu təklifi qanun layihəsi halına salmışıq", - deyə o qeyd edib.