SON XƏBƏR

"Əliosman Qədimbəyli məni aldadıb 1000 manat maddi və küllü miqdarda mənəvi ziyanlar vurdu" - ŞİKAYƏT

Mart 06
08:48 2023
Ucar rayonu 28 May küçəsi ev 8-A sakini Mustafayeva Məryəm İbrahim qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
 
Qlobal.az xəbər verir ki, vətəndaş bu barədə DİA.AZ-a şikayət məktubu ünvanlayıb. 

"Bu şikayət ərizəmdə yazıb Sizə bildirəm ki, "Medera” hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və mənim savadsızlığımdan sui-istifadə edərək aladadıb 1000 manat pulumu ələ keçirib mənə qarşı dələduzluq edib.

Belə ki, ayaqlarım ağrayırdı yeriməkdə çətinlik çəkirdim.Televiziya verlişində Əliosman Qədimbəylinin reklamın gördüm və 19.01.2023-cü il tarixdə ona müraciət etdim.Məni dediyi müayinələrdən pul xərcləyib keçdim qan analizi MRT-müayinə, şəkər analizi ümumilikdə 450 manat xərcləyib bir çox müayinələrdən keçdikdən sonra mənə müalicə yazdı. Müalicəm üçün yazılan dərmanlar ancaq Əliosman Qədimbəylinin özünə məxsus "Zəm-Zəm” adlı aptekdə satıldığı üçün 550 manat pul verib aldım. Evdə ambulator müalicələr keçdim.Qeyd edim ki, Medeyra hospitala daxil olmaq üçün isə ilik 50 manat pul ödəmişəm.6 gün müalicə aldığım vaxtda gördüm ki, səhətim əvvəlkindən də pis vəziyətə düşdüyü üçün müalicəni saxlayıb həkimlə əlaqə saxladım. Əliosman həkim mənə bildirdi ki, mən düz müalicə yazmışam başqa heç nə edə bilmərəm gedin hara istəyirsiniz şikayət edin.

Beləcə Əliosman Qədimbəyli məni aldadıb 1000 manat maddi və küllü miqdarda mənəvi ziyanlar vurdu.Mən hazırda türkəçarə vasitəsi ilə müalicə olunub yaxşılaşmaq üzrəyəm. Əliosman həkimin mənə qarşı etdiyi bu hərəkət dələduzluq cinayəti hesab edilir.Bu adam televiziya verlişlərinə çıxıb saxra yalan reklamlara mənim kimi insanları aldadıb pulunu ələ keçirir.Nəticə isə onun müalicələri təsir göstərmir əksinə ağrılar dahada şiddətlənir.Mən Əliosman Qədimbəylinin dələduz əməlləri barədə orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.

Müvafiq orqanlardan xahiş edirəm şikayətimi obyektiv araşdırıb etibarımdan və vəzifəsindən sui-istifadə edərək məni aldadıb pulumu ələ keçirmiş səhhətimə dahada ziyanlar vurmuş Əliosman Qədimbəylinin barəsində qanunu tədbirlər görəsiniz.Azərbaycan cəmiyyətinə üz tutub deyirəm Əliosman Qədimbəyliyə inanmayın onun məqsədi xəstələri sağaltmaq deyil onların pulunu ələ keçirməkdir".

Qarşı tərəf mövqe bildirə bilər. 
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook