Əliqismət Lalayev yeni bir mükafat aldı
Dekabr 30
16:19
2016
Azərbaycan
Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni bir mükafata layiq görülüb.
Dövlət
Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin müvafiq əmri
ilə Əliqismət Lalayev mədəniyyət sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə
görə və 60 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri
mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Mükafat bu gün Ə. Lalayevə təqdim
edilib.
"Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı
ilə təltif olunmağım mənim üçün çox böyük, sevincli, əlamətdar bir hadisə oldu.
Düşünürəm ki, bu gözəl mükafat Azərbaycan mədəniyyəti, incəsənəti, teatrı sahəsindəki
fəaliyyətimə, əməyimə verilən ali bir qiymətdir. Buna görə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə təşəkkürümü
bildirirəm. Səmimi-qəlbdən sevinirəm ki, belə bir mükafata layiq görülmüşəm. Bu
mükafat yeni il öncəsi bayram ovqatıma əsl
sevinc qatdı. Ümumilikdə, 2016-cı il mənim üçün, Musiqili Teatr üçün çox
yaddaqalan, uğurlu, əlamətdar il oldu. Bir sıra yeni tamaşalar təhvil verdik.
Kollektivimizin müxtəlif üzvləri Beynəlxalq müsabiqələrin laureatı oldu. Ölkə
başçısının sərəncamı ilə mən də daxil olmaqla bir sıra əməkdaşlarımız dövlətimizin
ali mükafatları ilə təltif olunduq. Bütün bunlar möhtərəm Prezidentimizin mədəniyyətimizə
olan diqqətinin, qayğısının bariz nümunəsidir. Fürsətdən istifadə edib, cənab
Prezident İlham Əliyev başda olmaqla bütün xalqımızı 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və qarşıdan gələn 2017-ci il – Yeni İl Bayramı münasibətilə təbrik
ediəm! Hər bir evə, hər bir ailəyə xoşbəxtlik, sağlamlıq, firavanlıq, bol ruzi-bərəkət,
dövlətimizə əmin-amanlıq, rifah, uğur arzulayıram. Arzu edirəm ki, 2017-ci ildə
uğurlarımız daha da çox olsun!”, - deyə Əliqismət Lalayev söyləyib.
Qlobal.az