SON XƏBƏR

Elm və təshil nazirinin müavinin dəbdəbəli villlası - FOTO

Dekabr 26
13:47 2022
Tez-tez ölkədə məmurların milyonluq villaları ortaya çıxır. Bu dəfə də daha bir yüksək vəzifəli şəxsin dəbdəbəli villasının görüntüləri yayılıb.

Faktmedia.az-ın əldə etdiyi xəbərə görə, elm və təshil nazirinin müavini Muxtar Məmmədov özünə Şüvəlan Qəsəbəsində 3 mərtəbəli villa tikdirib.

Geniş həyətyanı sahəyə sahib olan villada yaşayışın olmadığı görünür. Bu da onu göstərir ki, nazir müavinin bu vilaya da ehtiyyacı yoxdur. Məlumata görə, Muxtar Məmmədovun bundan başqa da mülkləri mövcuddur.

Qeyd edək ki, Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib.

2013-cü ildən isə Təhsil Nazirliyində (İndiki Elm və Təhsil Nazirliyi) çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi. Hazırda o, elm və təhsil nazirinin müavini vəzifəsini icra edir. Prezident İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunub.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook